http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Azərbaycanda ilin idman səfirləri bəlli oldu

04 Mart 2024 , 14:43
Azərbaycanda ilin idman səfirləri bəlli oldu

Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib. Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2024-cü il üçün “İdman səfirləri” seçilib.

"Operativ Media" xəbər verir ki, əvvəlcə namizədlərin təqdimatı keçirilib. Hər bir namizəd özü haqda və seçiləcəyi təqdirdə göstərəcəyi fəaliyyət barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər.

Fəridə Əzizova – taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında dünya çempionu, U-21 Avropa çempionu, böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;

Aliyə Paşayeva – bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, əməkdar idman ustası;

İlqar Qurbanov – müxtəlif illərdə İstanbulun “Fənərbaxça”, Lənkəranın “Xəzər Lənkəran” futbol komandalarında, Türkiyənin gənclərdən ibarət milli komandasında və Azərbaycanın böyüklərdən ibarət yığmasının üzvü olub və hazırda futbol üzrə Azərbaycan milli komandasının skautudur;

Orxan Səfərov – 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında keçirilən dünya çempionatının bürünc və gümüş mükafatçısı, Avropa Oyunlarının gümüş medalçısı, böyüklər arasında Avropa çempionatının qızıl, gümüş və bürünc mükafatçısı, “Masters” yarışlarının müvafiq olaraq qızıl və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi;

Xəyyam Orucov – milli idman növləri üzrə dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi.

Kollegiyada həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adının verilməsi haqqında qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Krivotsyuk oynadı, komandası məğlub oldu

Krivotsyuk oynadı, komandası məğlub oldu

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu