Menyu

Məğlub olan komandanı tribuna lideri danladı

Əziz Əzizli
Məğlub olan komandanı tribuna lideri danladı

Bundeliqanın 24-cü həftəsində “Darmstadt 98” və “Auqsburq” komandaları üz-üzə gəlib. Qarşılaşmada "Auqsburq" 6:0 hesabı ilə qalib gəlsə də, matçın sonu maraqlı görüntülərə şahidlik edib.

"Operativ Media" xəbər verir ki, 6 qolluq məğlubiyyətdən sonra "Darmstadt 98" liqanın sonunda lövbər salıb. Öz meydanında 6:0 hesablı məğlubiyyətlə azarkeşlərini darmadağın edən "Darmştadt 98"in tribuna lideri matç bitdikdən sonra meydana daxil olaraq komanda qarşısında sərt çıxışlar edib. Qəzəbli liderin çıxışını ayaq üstə və səssizcə dinləyən futbolçuların kifayət qədər stress keçirdikləri müşahidə edilib.

Bundeliqada 24-cü həftə bitərkən "Darmştadt 98" 13 xalla sonuncu pillədə qərarlaşıb. "Darmstadt 98"in ən yaxın rəqibi "Maynts"la 3 xal, "pley-off"da yer alan "Köln"lə 4 xallıq fərq var.

Teqlər:

"M\u0259\u011flub olan komandan\u0131 tribuna lideri danlad\u0131"

Əlaqəli Xəbərlər