Azərbaycan millisinin müvəqqəti baş məşqçisi bəlli oldu
Əziz Əzizli
Azərbaycan milli komandasının bu ay keçiriləcək yoldaşlıq oyunlarına kimin rəhbərliyi altında çıxacağı məlum olub.
"Operativ Media" AFFA-nın saytına istinadən xəbər verir ki, komandaya bu oyunlarda Arif Əsədov rəhbərlik edəcək.
Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.
Qeyd edək ki, Azərbaycan milli komandası FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net