Menyu

Şahruddin Məhəmmədəliyevli "Adana Dəmirspor" qələbə qazandı

Əziz Əzizli
Şahruddin Məhəmmədəliyevli "Adana Dəmirspor" qələbə qazandı

Türkiyə Superliqasında 28-ci turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda evdə “Fatih Karagümrük”lə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Adana təmsilçisi 10 oyundan sonra qalib gəlib.

27-ci dəqiqədə Mario Balotellinin penaltidən vurduğu qolun həlledici olduğu oyunda Şahruddin də iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda “Adana Demirspor” turnir cədvəlində 35 xalla 9-cu, “Fatih Karagümrük” 29 xalla 16-cıdır

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər