Menyu

İtaliya millisinin üzvü zədələndi

Əziz Əzizli
İtaliya millisinin üzvü zədələndi
1 dəq oxu

"Sassuolo”nun və İtaliya millisinin cinah oyunçusu Domeniko Berardi Axilles vətərini cırıb.

"Operativ Media" A seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu əməliyyat olunacaq.

Bu səbəbdən Berardi 6 ay yaşıl meydanlardan kənarda qalacaq. Belədə o, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa Çempionatına yollana bilməyəcək.

Berardi 2018-ci ildən İtaliya millisində çıxış edir. O, milli komandanın heyətində 2020-ci il Avropa Çempionatının qalibi olub.

Bu mövsüm futbolçu “Sassuolo”nun heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 9 qol vurub və 3 qolun ötürməsini verib

Əlaqəli Xəbərlər