ÇL: "Bayern" "Latsio"nu, "Real Soseydad" PSJ-ni qəbul edir
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
“Bayern” Münhendə “Latsio”nu qəbul edəcək. Komandalar arasındakı ilk oyunda italyanlar qələbə qazanıb. Almanlar həm 0:1-in revanşını almalı, həm də son 5 oyunun 4-də qələbə qazana bilməməsi ilə bağlı bərbad statistikanı yaxşılaşdırmalıdır.
Digər matçda isə PSJ İspaniyada “Real Sosyedad”ın qonağı olacaq. Komandalar arasındakı ilk görüşdə parislilər qələbə qazanıb – 2:0.
Çempionlar Liqası
5 mart
1/8 final mərhələsi, cavab oyunları
“Bayern” – “Latsio”
Hakimlər: Slavko Vinçiç, Tomas Kalnçik, Andraz Kovaçiç, Matey Yuq (hamısı Sloveniya)
“Real Sosyedad” – PSJ
Hakimlər: Mişel Olvier, Stuart Burt, Daniel Kook, Robert Yones (hamısı İngiltərə)
Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.