Menyu

"Qarabağ"ın sabiq futbolçusu Çində oynayacaq

Əziz Əzizli
"Qarabağ"ın sabiq futbolçusu Çində oynayacaq
1 dəq oxu

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros karyerasını Çində davam etdiriəcək.

"Operativ Media" xəbər verir ki, 33 yaşlı futbolçu "Şenzen Penq Siti" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub. O, "Anderlext", "Feyenoord", "Herakles", "Benevento" kimi klublarda da oynayıb.

Əlaqəli Xəbərlər