Menyu

Əliyar Ağayevə Konfrans Liqası oyununda azərbaycanlı hakimlər kömək edəcək

Əziz Əzizli
Əliyar Ağayevə Konfrans Liqası oyununda azərbaycanlı hakimlər kömək edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin “Dinamo” (Xorvatiya) – PAOK (Yunanıstan) oyununa digər təyinatlar açıqlanıb.

"Operativ Media" xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Steqemanndır. Onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Matçın hakim-inspektoru funksiyasını isə norveçli Terye Houç yerinə yetirəcək.

Qeyd edək ki, martın 7-də gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 00:00-də start götürəcək. Cavab oyunu bir həftə sonra reallaşacaq

Teqlər:

"\u018fliyar A\u011fayev\u0259 Konfrans Liqas\u0131 oyununda az\u0259rbaycanl\u0131 hakiml\u0259r k\u00f6m\u0259k ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər