http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Siyasət Əsgərov: "Çalışacağıq ki, ilk pillələrdə qərarlaşaq"

05 Mart 2024 , 20:34
Siyasət Əsgərov: "Çalışacağıq ki, ilk pillələrdə qərarlaşaq"

Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirib.

"Operativ Media" xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında deyib: “Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq. Düşünürəm ki, İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır. Çünki indiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin “Fomget” klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram. Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq”

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Krivotsyuk oynadı, komandası məğlub oldu

Krivotsyuk oynadı, komandası məğlub oldu

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu