"Bayer"in idman direktoru: "Biz "Qarabağ"ı, onlar da bizi tanıyırlar"
Əziz Əzizli
"Bayer”in idman direktoru Simon Rolfes Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçiriləcək oyunları dəyərləndirib.
"Operativ Media" xəbər verir ki, klub rəsmisi Azərbaycan çempionuna qarşı qrupda (5:1, 1:0) iki matç keçirdiklərini bildirib.
O, bu dəfə işlərinin daha çətin olacağını düşünür: “Qarabağ”la qrup mərhələsində iki dəfə qarşılaşmışıq. Artıq biz onları, onlar da bizi tanıyırlar. Bizi bu mərhələdə qrupdakından daha çətin iki oyun gözləyir. 1/4 finala adlamaq istəyiriksə, bu işə böyük konsentrasiya ilə yanaşmalıyıq. Turnirdə çıxış edən digər klublar kimi, bizim də əsas məqsədimiz mayın 22-də Dublindəki finalda olmaqdır”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun saat 21:45-də başlayacaq. Cavab görüşü martın 14-də Leverkuzendə baş tutacaq
Teqlər:
"\"Bayer\"in idman direktoru: \"Biz \"Qaraba\u011f\"\u0131 onlar da bizi tan\u0131y\u0131rlar\""