Menyu

Azərbaycanlı boksçu qələbə ilə başladı

Əziz Əzizli
Azərbaycanlı boksçu qələbə ilə başladı

Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb. 63,5 kq çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.

"Operativ Media" xəbər verir ki, Əliyev rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da 1/16 finala yüksəlib.

Qeyd edək ki, yığmamız yarışa 9 boksçu ilə yollanıb

Teqlər:

"Az\u0259rbaycanl\u0131 boks\u00e7u q\u0259l\u0259b\u0259 il\u0259 ba\u015flad\u0131"

Əlaqəli Xəbərlər