Menyu

ÇL: "Mançester Siti" və "Real" 1/4 finala yüksəldi

Əziz Əzizli
ÇL: "Mançester Siti" və "Real" 1/4 finala yüksəldi

Bu gün Çempionlar Liqasında 1/4 finala daha iki vəsiqənin sahibi müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, 1/8 finalın cavab görüşləri çərçivəsində daha iki qarşılaşma baş tutub.

“Mançester Siti” ilk oyunda 3:1 hesabı ilə üstələdiyi “Kopenhagen”i qəbul edib. Bu dəfə də rəqibini eyni hesabla üstələyən “şəhərlilər” 1/4 finala yüksəliblər.

“Real” isə ilk matçda 1:0 hesabı ilə qalib gəldiyi “Leypsiq”lə bu dəfə Madriddə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan oyunda “Real” növbəti mərhələyə yüksəlib.

Daha öncə “Bayern” və PSJ də növbəti mərhələyə yüksəlmişdi.

UEFA Çempionlar Liqası

1/8 finalın cavab oyunları

7 mart

“Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 3:1

Qollar: Akanji, 5. X.Alvares, 9. Haland, 45+3 – M.Elyunussi, 29.

İlk oyun – 3:1.

“Real” (İspaniya) – “Leypsiq” (Almaniya) 1:1

Qollar: Vinisius Junior, 65 – Orban, 68.

İlk oyun – 1:0.

Teqlər:

"\u00c7L: \"Man\u00e7ester Siti\" v\u0259 \"Real\" 1\/4 finala y\u00fcks\u0259ldi"

Əlaqəli Xəbərlər