Menyu

FİFA Mahir Emrelinin Sabiq komandasını cəzalandırdı

Əziz Əzizli
FİFA Mahir Emrelinin Sabiq komandasını cəzalandırdı

FİFA Türkiyə Super Liqası komandası “Konyaspor”u cəzalandırıb.

"Operativ Media" xəbər verir ki, buna Super Liqa təmsilçisinin bəzi futbolçulara borcunun olması səbəb olub.

Buna görə klub 3 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək. “Konyaspor” futbolçuların ödənişlərini etməsə, cəza qüvvəyə minəcək və klub 2024/2025 yay və qış, eyni zamanda 2025/2026 yay transfer dönəmində heyətinə futbolçu qata bilməyəcək.

“Konyaspor”un mətbuat xidmətinin rəhbəi Yunus Derebağ bildirib ki, qısa zamanda oyunçuların borcları ödəniləcək və transfer qadağası aradan qaldırılacaq.

Xatırladaq ki, ötən mövsümün ikinci yarısında millimizin üzvü Mahir Emreli “Konyaspor”da icarədə olub. O, Türkiyədə qalmaq istəsə də, sözügedən komanda hücumçumuzu Zaqreb “Dinamo”sundan birdəfəlik ala bilməmişdi

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər