07 Mart 2024, 11:06
Qurban Qurbanov Xabi Alonso ilə görüşdü
Qurban Qurbanov Xabi Alonso ilə görüşdü şəkil
Qurban Qurbanov Xabi Alonso ilə görüşdü

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüş “Bayer” klubunun Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı “Hilton” otelində baş tutub.

Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. Mütəxəssis “Bayer”in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib.

Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib. Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspan mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb.

Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.

Görüşün sonunda Qurban Qurbanov Alonsoya xüsusi hazırlanmış əl işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib. Mütəxəssislər xatirə şəkli çəkdiriblər.

UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Bayer” matçı bu gün saat 21:45-də başlayacaq

Son xəbərlər
Bərdədə yaşayış binasının eyvanı uçub
Sabah 30 dərəcə isti olacaq - PRAQNOZ
ABL: 18-ci turun daha 3 oyunu keçiriləcək
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
Təhsil sistemində süni intellektin daha fəal istifadəsi planlaşdırılır
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib