14 Dekabr 2022, 09:02
İranda havanın çirklənməsinə görə təhsildə fasilə yenidən uzadılıb

İranın Elborz və Tehran əyalətlərində hava çirkliliyinin yüksək səviyyədə olduğu və bütün qruplar üçün sağlamlıqsız hala gəldiyi üçün məktəblərdə təhsilə verilən fasilənin yenidən uzadıldığı açıqlanıb.
"Operativ Media" İranın rəsmi agentliyi İRNA-ya istinadən xəbər verir ki, Havanın Çirklənməsi Fövqəladə Hallar Qrupunun axşam iclasında Perdis, Demavend və Firuzkoh istisna olmaqla, Elborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla bütün məktəblərin çərşənbə və cümə axşamı günləri bağlanmasına qərar verildiyi qeyd edilib.