"Qarabağ" Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırdı
Əziz Əzizli
"Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" ilə baş tutan oyunun nəticəsinə əsasən Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb.
"Operativ Media" xəbər verir ki, Ağdam klubunun heç-heçə etməsi ölkə reytinqinə daha 0,250 xal əlavə edib.
Bununla da Azərbaycanın cari mövsümdəki əmsalı 5,875-ə çatıb.
Ölkəmizin son 5 mövsümdəki ümumi əmsalları isə 20,125-ə bərabərdir. Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib. 20,375 əmsala sahib Bolqarıstan 26-cı yerdə qərarlaşıb.
Siyahıya 101,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,864) 2-ci, İtaliya (85,855) isə 3-cü pillədədir.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsində evdə "Bayer" ilə 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək
Teqlər:
"\"Qaraba\u011f\" Az\u0259rbaycana UEFA reytinqind\u0259 n\u00f6vb\u0259ti xallar\u0131 qazand\u0131rd\u0131"