Menyu

"Forza Neftçi" azarkeş qrupu bəyanat yaydı

Əziz Əzizli
"Forza Neftçi" azarkeş qrupu bəyanat yaydı

"Forza Neftçi" azarkeş qrupu müəyyən müddətə kimi "Neftçi"nin oyunlarını tribunadan dəstəkləməyəcək.

"Operativ Media" xəbər verir ki, bu haqda azarkeş qrupunun feysbuk hesabında paylaşım edilib. Paylaşımı təqdim edirik:

"Forza Neftçi" olaraq, uğrunda hər şeyə razı olduğumuz, bütün fədakarlıqları etdiyimiz - “Neftçi”nin oyunlarını müəyyən müddət və müəyyən formalar çərçivəsində boykot etdiyimizi bəyan edirik.

Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-stabil, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdir. Bundan savayı, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların heç bir dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla deyil, digər məsələlərlə əlaqəli olduğunu göstərir.

Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplanaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər