Menyu

"Qəbələ" israilli futbolçu ilə yollarını ayırdı

Əziz Əzizli
"Qəbələ" israilli futbolçu ilə yollarını ayırdı
1 dəq oxu

“Qəbələ” israilli futbolçu Gilad Abramovla yollarını ayırıb.

"Operativ Media" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan komandamızda çıxış edən legioner “qırmızı-qara” formada 23 matç keçirib. Gilad Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Əlaqəli Xəbərlər