Menyu

Şahruddin oynadı, komandası heç-heçə etdi

Əziz Əzizli
Şahruddin oynadı, komandası heç-heçə etdi
1 dəq oxu

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, bu gün 4 görüş baş tutub.

“Konyaspor” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Qonaqların heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub. O, bu matçda sarı vərəqə ilə də cəzalanıb.

“Sivasspor” evdə “Alanyaspor”a uduzub. “Başakşəhər” evdə “Antalyaspor”u, “Trabzonspor” isə “Fatih Karagümrük”ü məğlub edib.

Türkiyə Super Liqası

29-cu tur

8 mart

Qalatasaray – Rizəspor 6:2

Qollar: D.Kon, 9. L.Torreyra, 31. K.Demirbay, 40; 45; 64-pen. M.İkardi, 85 – Hoyer, 38. Olavoyin, 61.

9 mart

Sivasspor – Alanyaspor 1:2

Qollar: Manay, 64 – Koka, 49. O.Aydın, 79.

Konyaspor – Adana Dəmirspor 2:2

Qollar: Çikalleşi, 9-pen; 45-pen – Y.Erdoğan, 32. Balotelli, 87.

Başakşəhər – Antalyaspor 1:0

Qol: Opoku, 90+1.

Trabzonspor – Fatih Karagümrük 5:1

Qollar: Bardi, 32. Biraski, 64-öz qapısına. Trezeqe, 70. Pepe, 76. U.Bozok, 90+3 – Markao, 14

Əlaqəli Xəbərlər