Azərbaycan güləşçiləri Türkiyədəki turnirdə 4 medal qazandılar
Əziz Əzizli
Türkiyənin Antalya şəhərində güləş üzrə Yaşar Doğu & Vehbi Əmrə turniri keçirilib.
"Operativ Media" xəbər verir ki, ənənəvi yarışda ölkəmizi yunan-Roma və sərbəst güləş üzrə milli komandaların üzvləri təmsil edib.
Yunan-Roma güləşində Ziya Babaşov (63 kq) gümüş, Tural Mehtiyev (55 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə Musa Ağayev (65 kq) gümüş, Ramiz Həsənov (79 kq) isə bürünc medal əldə edib.
25 ölkədən 600-dən artıq güləşçinin qatıldığı turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyub
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net