Menyu

Super Liqa klubu "Qarabağ"ın hücumçusu ilə maraqlanır

Əziz Əzizli
Super Liqa klubu "Qarabağ"ın hücumçusu ilə maraqlanır
1 dəq oxu

"Fənərbağca" klubunun ardından daha bir Super Liqa klubu "Qarabağ"ın hücumçusu Juninyo ilə maraqlanır.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" klubu braziliyalı futbolçunu transfer etmək istəyir. 

Klubun idman direktoru Samet Aybaba futbolçunu "Bayer"lə oyunda canlı izləmək üçün Almaniyaya yollanacaq. 

Qeyd edək ki, "Qarabağ" martın 14-ü səfərdə "Bayer"lə cavab qarşılaşmasına çıxacaq.

Əlaqəli Xəbərlər