Menyu

Azərbaycan boksçusu Dünya kubokunu qazandı

Əziz Əzizli
Azərbaycan boksçusu Dünya kubokunu qazandı

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb. Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.

"Operativ Media" xəbər verir ki, yığmamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib. 51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığma üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub.

Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər