http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ozobiç het-trik etdi, 10-luğa düşdü

11 Mart 2024 , 13:35
Ozobiç het-trik etdi, 10-luğa düşdü

Filip Ozobiç Azərbaycan çempionatlarında ikinci het-trikə imza atıb.

"Operativ Media" xəbər verir ki, Xorvat əsilli yarımmüdafiəçi iki fərqli klubda het-trik edən futbolçular siyahısına daxil olub.

Ozobiç bunu Azərbaycan Premyer Liqasının 26-cı turunda rəsmiləşdirib. “Neftçi”nin futbolçusu “Kəpəz”lə səfər matçında (3:3) üç qol vurub.

O, 2020/21 mövsümündə “Qarabağ”ın heyətində də belə məhsuldar oyun keçirib. 2020-ci il noyabrın 8-də də səfərdə üç qol vuran Ozobiç indiki komandası “Neftçi”ni məyus edib. Həmin görüşdə də 6 qol qeydə alınsa da, bütün topları qonaqlar vurublar.

“Qarabağ” və “Neftçi”də het-trikə imza atan Filip Azərbaycan çempionatının 21-ci əsrdə keçirilən oyunlarında ən azı iki fərqli klubun heyətində het-trik edən və ya daha çox qol vuran 10-cu futbolçudur. Ona qədər 9 oyunçu bunu bacarıb.

Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) hərəsi üç klubun heyətində belə məhsuldar matç keçirib. Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “İnter”), Xaqani Məmmədov (“Şüvəlan” və “İnter”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurub

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Krivotsyuk oynadı, komandası məğlub oldu

Krivotsyuk oynadı, komandası məğlub oldu

XƏBƏR LENTİ
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
  • 08:33

    Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
Menyu