Menyu

Ozan Can qol vurdu, "Eyndhoven" qələbə qazandı

Əziz Əzizli
Ozan Can qol vurdu, "Eyndhoven" qələbə qazandı
1 dəq oxu

Futbol üzrə Niderland birinci divizionunda 31-ci turun oyunları keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Utrext”in ikinci komandası ilə qarşılaşıb və 3:0 hesabıyla qalib gəlib.

Ozan da bu görüşün iştirakçısı olub. Komandasının ilk qolunu da 11-ci dəqiqədə milli üzvü vurub. O, 79-cu dəqiqədə əvəzlənib.

“Eyndhoven” hazırda 37 xalla 14-cü pillədə qərarlaşıb

Əlaqəli Xəbərlər