12 Mart 2024, 11:40
Ronaldo klub karyerasında 750-ci qolu vurub

Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının 39 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klub yarışlarında 750-ci qolunu vurub (Portuqaliya millisi ilə 878 qol).
"Operativ Media" xəbər verir ki, Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında Ronaldo 118-ci dəqiqədə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ayn” komandasına penaltidən fərqlənib. "Əl Nəsr" oyundan sonra penalti zərbələri ilə məğlub olub və yarışdan kənarda qalıb.
Cari mövsümdə Ronaldo "Əl Nəsr"in heyətində 32 matçda iştirak edib, 29 qol vurub, 11 məhsuldar ötürmə edib.
Ronaldonun "Əl Nəsr"lə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" onun transfer dəyərini 15 milyon avro qiymətləndirir.