London "Arsenal"ı klub stadionunda ibadət otağı açıb, İngiltərə komandasının saytı xəbər verir.
"Operativ Media" xəbər verir ki, açılışı “Arsenal”ın və Misir millisinin yarımmüdafiəçisi Mohamed El Neni edib.
“Mən Emirates Stadionunda futbolçular üçün dua otağımızı açmaqdan qürur duyuram.Bu düşüncə və dua yeri gələcək "Arsenal" oyunçularının həyatını dəyişəcək. Bu tədbirə görə işçilərə təşəkkür edirəm” deyə El Neni bildirib.
İngiltərə Premyer Liqasının 28 turundan sonra "Arsenal" 64 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki “Liverpul”un da eyni xalı var.