Menyu

"Bayer" - "Qarabağ" oyunu ingilislərə tapşırıldı

Əziz Əzizli
"Bayer" - "Qarabağ" oyunu ingilislərə tapşırıldı

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununun hakimləri bəlli olub.

"Operativ Media" xəbər verir ki, matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq.

FIFA referisinə Teylora Qari Besvik və Adam Nunn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Madli yerinə yetirəcək. VAR-da Stuart Attvell, AVAR-da Jarred Gavan Gillett əyləşəcək.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər