Menyu

"Neftçi" Emin Mahmudovun zədəsi ilə bağlı açıqlama yaydı

Əziz Əzizli
"Neftçi" Emin Mahmudovun zədəsi ilə bağlı açıqlama yaydı
1 dəq oxu

"Neftçi”nin Misli Premyer Liqasının 26-cı turunda “Kəpəz”lə matçda zədələnən kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun daban oynağında ödəm müşahidə olunur, bağlarda isə ciddi zədələr yoxdur.

Hazırda müalicə prosesinə başlanılıb. 31 yaşlı yarımmüdafiəçinin 2-3 günə məşqlərə qoşulması planlaşdırılır

Əlaqəli Xəbərlər