ÇL: "Barselona" və "Arsenal" 1/4 finala yüksəldi
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutub.
İngiltərənin "Arsenal" komandası azarkeşləri önündə "Portu"nu qəbul edib. Əsas və əlavə vaxtı 1:0 hesabıyla bitən oyunun qalibini penaltilər seriyası müəyyənləşdirib. Son zərbələrdə dəqiq olan "Arsenal" adını növbəti mərhələyə yazdırıb.
Gecənin digər matçında "Barselona" "Napoli"ni məğlub edib. Kataloniyalılar iki oyunun nəticəsinə görə 1/4 finala yüksəlib.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
12 mart
Arsenal (İngiltərə) - Portu (Portuqaliya) 1:0 (penaltilər 4:2)
Qol: L.Trossard, 41
İlk oyun 0:1
Barselona (İspaniya) - Napoli (İtaliya) 3:1
Qollar: F.Lopes, 15, J.Kanselo, 17, R.Levandovski, 83 - Rahmani, 30
İlk oyun 1:1