Menyu

La Liqa klubu yeni baş məşqçisini təqdim etdi

Əziz Əzizli
La Liqa klubu yeni baş məşqçisini təqdim etdi
1 dəq oxu

"Selta"nın yeni baş məşqçisi müəyyənləşib.

"Operativ Media" klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Klaudio Xiraldes təyin edilib.

O, istefaya göndərilən Rafael Benitesi əvəzləyib.

Xiraldes 2022-ci ildən İspaniya klubunun ikinci komandasını çalışdırıb.

28 turdan sonra "Selta" 24 xalla La Liqanın turnir cədvəlində 17-ci yerdədir

Əlaqəli Xəbərlər