Menyu

Murad Musayev Rusiya klubunu çalışdıracaq

Əziz Əzizli
Murad Musayev Rusiya klubunu çalışdıracaq

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin yeni iş yeri müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, o, "Krasnodar"ı çalışdıracaq. Bu barədə Rusiya Premyer Liqası təmsilçisinin saytı məlumat yayıb.

40 yaşlı mütəxəssislə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Muad Musayev dünən istefaya göndərilən Vladimir İviçi əvəzləyib. "Krasnodar" hazırda Rusiya çempionatında 20 oyundan 39 xalla 2-ci yeri tutur və lider "Zenit"dən 1 xal geri qalır.

Xatırladaq ki, mütəxəssis fevralda "Sabah"dan ayrılmışdı. O, 2018-2021-ci illərdə "Krasnodar"ı çalışdırmışdı

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər