Menyu

PSJ "Liverpul"un hücumçusunu transfer etmək istəyir

Əziz Əzizli
PSJ "Liverpul"un hücumçusunu transfer etmək istəyir

Fransa çempionu PSJ yayda İngiltərə "Liverpul"unun və Kolumbiya millisinin 27 yaşlı hücumçusu Luis Diazı almaq niyyətindədir.

"Operativ Media" "El Paris"ə istinadən xəbər verir ki, "Liverpul"un almaniyalı baş məşqçisi Yurgen Kloppun gedişindən sonra Luis Diazın yayda klubunu dəyişmək istəməsi ehtimalı böyükdür. PSJ 25 yaşlı fransalı hücumçu Kilyan Mbappeyə əvəzləyici axtarır və "Liverpul"un baş məşqçi dəyişikliyindən sonra yaranacaq vəziyyətdən yararlana bilər.

Kataloniya “Barselona”sı və İtaliyanın “Milan” klubları da Luis Diazın xidmətində maraqlıdır.

Onun "Liverpul"la müqaviləsi 2027-ci ilim iyununa kimi nəzərdə tutulub. "Transfermarkt" Luis Diazın transfer dəyərini 75 milyon avro qiymətləndirir.

Teqlər:

"PSJ \"Liverpul\"un h\u00fccum\u00e7usunu transfer etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər