Bayer"in futbolçusu Patrik Şik "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışıb.
"Operativ Media" xəbər verir ki, çexiyalı hücumçu UEFA-nın saytına açıqlamasında Azərbaycan təmsilçisinin alqışa layiq olduğunu bildirib:
"Bu oyun, bu cür sonluq sadəcə möhtəşəm idi. Son dəqiqələrdə əsl həyəcan yaşadıq. İlk görüşdə olduğu kimi, son saniyəyə qədər mübarizə aparmalı olduq. "Qarabağ" ancaq tərifə layiqdir. Onlar Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayırlar. Bu da işimizi çətinləşdirdi".
Şik əlavə edilmiş dəqiqələrdə dubla imza atdığı üçün xoşbəxt olduğunu söyləyib:
"Hücumçu kimi meydana çıxmaq və həlledici qollar vurmaq inanılmaz dərəcədə xoşdur. İndi biz Avropa Liqasının 1/4 finalını gözləyirik. Növbəti rəqibimizin kim olacağının fərqi yoxdur. Biz hər kəsi məğlub etməyə qadirik".
Xatırladaq ki, "Qarabağ" ilə "Bayer" arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınmışdı
Teqlər:
"Patrik \u015eik: \"Qaraba\u011f\" ancaq t\u0259rif\u0259 layiqdir\""