18 Mart 2024, 15:03
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə 10 medal qazandılar
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə 10 medal qazandılar şəkil
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə 10 medal qazandılar

Azərbaycan stolüstü tennisçiləri Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar.

"Operativ Media" Azərbaycan Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri Nevşehirdə təşkil olunan turnirdə müxtəlif yaş kateqoriyalarında iştirak ediblər.

Yarışın ilk günlərində U-13 komandası 2-ci, U-15 isə 3-cü yeri tutub. İdmançılarımız yarışın son günlərində daha 8 mükafata layiq görülüblər.

Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub.

Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yerlə kifayətlənib. Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə, komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub

Son xəbərlər
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub
Gədəbəydə yanğın baş verib
Rusiyada nazir müavini yol qəzası keçirib