18 Mart 2024, 20:29
"Qarabağ"ın 8 futbolçusu milli komandalara çağırıldı
"Qarabağ"ın 8 futbolçusu milli komandalara çağırıldı şəkil
"Qarabağ"ın 8 futbolçusu milli komandalara çağırıldı

"Qarabağ”ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb.

"Operativ Media" xəbər verir ki, Ağdam klubunun 2 futbolçusu – Amin Ramazanov və Nəriman Axundzadə Azərbaycanın U-21 milli komandasının Bakıda keçiriləcək toplanışına dəvət alıblar. Yığmamız martın 22-də İngiltərə, martın 26-da isə Ukrayna ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçiriləcək.

Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının düşərgəsinə yollanıblar. Onların heyətində olduğu milli martın 21-də Belarus, 4 gün sonra Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Yassin Benzya Əlcəzair millisinə çağırılıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçına çıxacaq.

Patrik Andrade Kabo-Verde millisinin heyətinə dəvət alıb. Yarımmüdafiəçimizin yer aldığı komanda martın 21-də Qayana, 4 gün sonra Ekvatorial Qvineya ilə matçda qüvvəsini sınayacaq.

Qapıçı Andrey Lunyovun çağırıldığı Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.

Digər qapıçı Luka Quqeşaşvilinin yer aldığı Gürcüstan millisi AÇ-2024-ün pley-off matçına çıxacaq. Gürcüstan martın 21-də Lüksemburqla görüşdə qalib gəlsə, final mərhələsinə vəsiqə üçün həlledici matça çıxacaq

Son xəbərlər
MN həftəlik icmalını yayıb - VİDEO
23 Mart 2025, 15:27
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Azərbaycanın U-17 millisi Belarusa məğlub oldu
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?