İngiltərə Premyer Liqası klubuna cəza verildi - 4 xalı silindi
Əziz Əzizli
İngiltərə Premyer Liqa komandalarından olan "Nottinqem Forest" maliyyə qaydalarını pozduğu üçün 4 xalla cəzalanıb.
"Operativ Media" xəbər verir ki, Liqanın Gəlirlilik və Davamlılıq Qaydalarını (PSR) pozmaqda günahlandırılan "Nottinqem Forest" üçün cəza bu gün 7-8 mart tarixlərində üç nəfərdən ibarət müstəqil panel qarşısında keçirilən dinləmədən sonra elan edilib.
Bu cəza ilə liqanın bitməsinə 9 həftə qalmış aşağı liqa zonasında olan "qırmızı-ağ" klubun qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir.
PSR-ə görə, komandaların üç il ərzində maksimum 105 milyon funt sterlinq zərər etməsinə icazə verilir. Bununla belə, üç illik maliyyə dövründən ikisini Çempionşipdə keçirən "Nottinqem Forest"in Premyer Liqadakı ilk mövsümündə 61 milyon funt sterlinq itirməsinə icazə verilib.
2022-ci ilin may ayında Premyer Liqaya yüksəldiyindən bəri 43 oyunçu üçün təxminən 250 milyon funt-sterlinq xərcləyən qırmızı-ağ komandanın yüksək maaş siyasəti xal cəzasında da mühüm rol oynadı.