Menyu

Musa Qurbanlı İsveç çempionatında ilk 10-luğa düşüb

Əziz Əzizli
Musa Qurbanlı İsveç çempionatında ilk 10-luğa düşüb
1 dəq oxu

İsveç Allsvenskanında ən dəyərli futbolçular müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, araşdırmaya əsasən, Azərbaycan millisinin oyunçusu Musa Qurbanlı da ilk “10-luq”da qərarlaşıb.

Hazırda “Yurqorden” klubunda legioner həyatı yaşayan hücumçunun transfer qiyməti 3,4 milyon avroya bərabərdir. Bununla o, İsveç çempionatının ən dəyərli 9-cu futbolçusudur.

Siyahıya “Malmö”nün yarımmüdafiəçisi Sebastian Nanasi başçılıq edir. Onun qiyməti 7,9 milyon avrodur

Əlaqəli Xəbərlər