Menyu

"Qarabağ"ın U-14 komandası beynəlxalq turnirin qalibi oldu

Əziz Əzizli
"Qarabağ"ın U-14 komandası beynəlxalq turnirin qalibi oldu
1 dəq oxu

“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində son oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu U-14 komandası finalda Belarusun BATE komandası ilə görüşüb.

Ağdam təmsilçisi bu qarşılaşmada 1:0 hesabı ilə qalıb gəlib. Yeganə qolu 28-ci dəqiqədə Cavidan Əlizadə vurub. Bu qələbə ilə “Qarabağ” turnirin çempionu olub.

Əlaqəli Xəbərlər