Türkiyəli baş məşqçi Azərbaycan millisini çalışdıra bilər
Əziz Əzizli
Türkiyəli baş məşqçi Rza Çalımbay Azərbaycan millisini çalışdıra bilər.
"Operativ Media" xəbər verir ki, bu haqda baş məşqçinin özü "Sabah"a açıqlama verib.
Hələlik rəsmi təklif almadığını söyləyən Çalımbay, “Azərbaycan milli komandasından rəsmi təklif olmayıb, amma eşidirəm ki, məşqçilik üçün adım çəkilib” deyə bildirib.
Bir neçə gün ərzində ona zəng edəcəklərini düşündüyünü ifadə edən Çalımbay, "Təklif gəlsə, Azərbaycan millisində xidmət etməkdə maraqlı olardım" deyib.
Son olaraq "Beşiktaş"ı çalışdıran Çalımbay məşqçilik karyerasında ilk dəfə millini çalışdıra bilər.