Menyu

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı

Əziz Əzizli
AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.

"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.

Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq:

AFFA prezidentliyinə namizəd

Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə “Neftçi” PFK tərəfindən

AFFA İcraiyyə Komitəsinə namizədlər

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən

Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən

Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən

Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Teqlər:

"AFFA prezidentliyin\u0259 v\u0259 \u0130craiyy\u0259 Komit\u0259sin\u0259 namiz\u0259dl\u0259r a\u00e7\u0131qland\u0131"

Əlaqəli Xəbərlər