Menyu

Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq

Əziz Əzizli
Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq
1 dəq oxu

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunları keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın U-21 yığması da növbəti matçına çıxacaq.

Samir Əliyevin çalışdırdığı komanda qrup lideri Ukrayna yığmasını qəbul edəcək.

“Qarabağ Arena”da keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Qrupun bu gün baş tutacaq digər görüşlərində Serbiya Şimali İrlandiyanı, İngiltərə isə Lüksemburqu qəbul edəcək.

AÇ-nin seçmə mərhələsi

F qrupu

26 mart

16:00. Ukrayna – Azərbaycan

Baş hakim: Dario Bel (Xorvatiya).

Bakı. “Qarabağ Arena”.

Əlaqəli Xəbərlər