http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanın 5 boksçusu Bakıdakı beynəlxalq turnirin yarımfinalına yüksəldi

26 Mart 2024 , 12:52
Azərbaycanın 5 boksçusu Bakıdakı beynəlxalq turnirin yarımfinalına yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.

"Operativ Media" xəbər verir ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb.

57 kq-da Şamil Əsgərov növbəti qələbəsini qazanıb. 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşən boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Əsgərov yarımfinalda Buzurqmehr İskanovla (Tacikistan) üz-üzə gələcək.

Onun uğurunu Əzrər Bəbirov (60 kq) da təkrarlayıb. Yığma üzvü 1/4 finalda Tukqunbek İmankadirovla (Qırğızıstan) görüşdə 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Bəbirov finala gedən yolda Sayat İlyasovla (Özbəkistan) döyüşəcək.

63,5 kq-da Azərbaycan dueli baş tutub. Tayfur Əliyevlə Cavid Çələbiyevin qarşılaşmasında birinci 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. O, bu raundda rusiyalı İlya Popovla qarşılaşacaq.

Bu çəki dərəcəsində Malik Həsənov da 1/4 final döyüşünü qalib başa vurub. O, iranlı Bağır Faracidən güclü olub – 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28). Həsənov yarımfinalda Abdullah Madaminovla (Özbəkistan) üz-üzə gələcək.

80 kq-da Sərxan Budaqov döyüşsüz mərhələ adlayıb. Pakistanlı Kaleem Muhammad görüşə çıxmadığına görə boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. O, bu mərhələdə özbəkistanlı Fazliddin Erkinboyevlə münasibətinə aydınlıq gətirəcək.

5 boksçumuz yarımfinala vəsiqə qazandığından özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın üçüncü gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də gerçəkləşəcək

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı

Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

XƏBƏR LENTİ
  • 19:34

    İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
  • 19:20

    Dövlət başçısı: Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur
  • 19:16

    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
  • 19:10

    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
  • 18:47

    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
  • 18:45

    Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir
  • 18:34

    Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb
    Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb
  • 18:09

    Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı
Menyu