Avropa çempionatı İsraildən alındı
Əziz Əzizli
Gələn il gimnastika üzrə Avropa çempionatı İsraildə keçirilməli idi. Lakin turnirin orada təşkil edilməyəcəyi məlum olub.
"Operativ Media" xəbər verir ki, yarışı ölkənin paytaxtı – Tel-Əviv şəhəri qəbul etməli idi. Amma Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsi çempionatın İsraildə keçirilməsini münasib saymayıb. Bunun da səbəbi ölkədə baş verən hadisələrdir.
Avropa çempionatını keçirmək üçün qurum ərizələrin qəbuluna başlayıb. Aprelin 23-nə qədər çempionatı təşkil etmək istəyən ölkələr öz sifarişlərini təqdim etməlidir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net