Menyu

Gürcüstan millisinin üzvlərinə “Şərəf ordeni” veriləcək

Əziz Əzizli
Gürcüstan millisinin üzvlərinə “Şərəf ordeni” veriləcək

Avropa çempionatına vəsiqə qazandıqlarına görə Gürcüstan milli komandasının bütün futbolçuları “Şərəf ordeni” ilə təltif ediləcək.

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Şəxsən mən, bir fanat kimi, bu hadisəni 30 il idi ki, gözləyirdim. Bu uşaqlar bizə ən böyük xoşbəxtliyi hədiyyə etdilər. Onlar qəhrəmandırlar, qəhrəmanları isə mükafatlandırmaq lazımdır. Onlar ölkənin ən şərəfli insanlarıdırlar. Biz də öz tərəfimizdən kiçik töhfəmizi vermək istəyirik”, – deyə Kobaxidze sosial şəbəkə hesabında bildirib.

Xatırladaq ki, Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib

Teqlər:

"G\u00fcrc\u00fcstan millisinin \u00fczvl\u0259rin\u0259 \u201c\u015e\u0259r\u0259f ordeni\u201d veril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər