"Mançester Yunayted" axtardığı hücumçunu Premyer Liqada tapdı
Əziz Əzizli
Transfer çalışmalarına başlayan "Mançester Yunayted"in "Brentford"un Yamayka əsilli ingilis mərkəz hücumçusu İvan Tonini transfer etmək istədiyi iddia edilib.
"Operativ Media" Fabrizio Romanoya istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi"nin də transfer etmək istədiyi futbolçu üçün mübarizəyə "Mançester Yunayted" də qoşulub.
“Qırmızı şeytanlar”ın 28 yaşlı futbolçunu Rasmus Hoylunda alternativ ola biləcək rotasiya oyunçusu kimi heyətinə qatmaq istədiyi bildirilib. Xəbərin təfərrüatında Toninin danimarkalı hücumçu ilə də birlikdə oynaya biləcəyi qeyd edilib.
2020-ci ildən "Brentford"da çıxış edən İvan Toni bu mövsüm 10 matçda meydana çıxıb və 4 dəfə fərqlənib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net