Vüsal İsgəndərli Türkiyə Super Liqasında oynamaq istəyir
Əziz Əzizli
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə Super Liqasında oynamaq istəyir.
"Operativ Media" xəbər verir ki, bunu I Liqada çıxış edən “Boluspor”un yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında deyib.
28 yaşlı oyunçu Bolu təmsilçisində özünü çox yaxşı hiss etdiyini bildirib: “Burada hər şey ürəyimcədir. Klubun fərqli sistemi var. Vaxt keçdikcə qollarım və assistlərim də gələcək. İndiki mərhələdə əsas Superliqaya yüksəlmək üçün pley-offa vəsiqə qazanmaqdır. Növbəti mövsüm Superliqada oynamaq istəyirəm”.
“Boluspor”a bu ilin əvvəlində Albaniya klubu “Eqnatiya”dan keçən İsgəndərlinin müqavilə müddəti 2026-cı ilin yayına qədərdir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net