http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanın 5 boksçusu Bakıda keçirilən beynəlxalq turnirdə medal qazandı

27 Mart 2024 , 17:19
Azərbaycanın 5 boksçusu Bakıda keçirilən beynəlxalq turnirdə medal qazandı

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində final döyüşləri keçirilib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı həlledici görüşü qələbə ilə başa vurub.

50 kq-da Marjona Savriyeva komanda yoldaşı Günel Rəhimova üz-üzə gəlib. Görüşdə birinci tam üstünlüklə qələbə qazanıb.

Zeynəb Rəhimova da turnirin qalibi adına yiyələnib. O, finalda Şahina Nematovanı (Özbəkistan) 4:1 hesabı ilə məğlub edib.

Digər boksçularımızdan Mehparə Məmmədova (48 kq) həlledici görüşdə Erika Priskiandaroya (İtaliya), Lalə Namazlı (63 kq) isə Canfora Assuntaya (İtaliya) məğlub olduğundan ikinci yeri tutublar.

Beləliklə, qadınlardan ibarət Azərbaycan millisi “Böyük İpək Yolu”nu 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib.

Yığmanın heyətində Marjona Savriyeva və Zeynəb Rəhimova birinci yeri tutublar. Günel Rəhimova, Mehparə Məmmədova və Lalə Namazlı gümüş medala yiyələniblər. Bir gün öncə isə Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) 3-cü yerlə kifayətləniblər.

Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı “Böyük İpək Yolu”nda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı

Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

XƏBƏR LENTİ
  • 19:20

    Dövlət başçısı: Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur
  • 19:16

    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
  • 19:10

    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
  • 18:47

    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib
  • 18:45

    Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı keçirilir
  • 18:34

    Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb
    Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb
  • 18:09

    Azərbaycan PL: "Şamaxı" "Turan Tovuz"la sülhə razılaşdı
  • 17:59

    İran XİN İsraili təhdid edib
Menyu