Ataa Caber: "Özümü oynamağa hazır hiss edirəm"
Əziz Əzizli
"Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber klubun televiziyasına açıqlama verib.
"Operativ Media" xəbər verir ki, o, vəziyyətini dəyərləndirib: “Özümü yaxşı və hazır hiss edirəm. Zədəmin bərpa prosesi çətin keçdi. Sağalandan sonra yenə eyni yerdən zərbə aldım və təkrar prosesi keçdim. Demək olar, üç aydan sonra buraya qayıtdım və özümü oynamağa hazır hiss edirəm”.
“Neftçi” Misli Premyer Liqanın XXVIII turunda “Qəbələ”nin qonağı olacaq. Caber matça qələbə üçün çıxacaqlarını söyləyib: “Bütün diqqətimiz “Qəbələ” ilə oyundadır. Düşünürəm ki, həmin oyunda qələbə qazana biləcəyik. Bundan sonra “Qarabağ”la kubok oyunu haqda düşünəcəyik”.
Martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da start götürəcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net