Menyu

İtaliya klubları "Beşiktaş"ın gənc futbolçusu ilə maraqlanır

Əziz Əzizli
İtaliya klubları "Beşiktaş"ın gənc futbolçusu ilə maraqlanır
1 dəq oxu

Türkiyə Super Liqası komandası "Beşiktaş"ın gənc futbolçusu Semih Kılıçsoy bu yay komandanı tərk edə bilər.

"Operativ Media" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, İtaliya A Seriyası klublarından "Napoli", "Yuventus", "İnter" və "Milan" gənc hücumçu ilə yaxından maraqlanır.

18 yaşlı hücumçu bu mövsüm "Beşiktaş " forması ilə 17 oyuna  9 qol vurub, 1 assist etməyi bacarıb.

Əlaqəli Xəbərlər