Azərbaycanın 4 gimnastı dünya kubokunda iştirak edəcək
Əziz Əzizli
Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan millisi “Challenge” seriyasına aid dünya kubokunda iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bu gün Türkiyənin Antalya şəhərində startı veriləcək yarışda 4 idmançımız mübarizə aparacaq.
Məşqçilər Eldar Səfərov və Olqa Barkalavanın rəhbərliyi altında Mənsum Səfərov, Rəsul Əhmədzadə, Murad Ağarzayev və Nazənin Teymurova fəxri kürsüyə qalxmağa çalışacaqlar.
Beynəlxalq dərəcəli hakimlər Nihad Şirinli və Anjella Abdullayeva da yarışda ölkəmizi təmsil edəcəklər.
Dünya kubokuna martın 31-də yekun vurulacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net